“Bakcell”ə məxsus avtomobil qəza törədib: Xəsarət alan var

OXUNUB: 883 HADİSƏ

Zaqatala rayonu ərazisində "Bakcell Ltd” MMC-yə məxsus "Nissan” markalı minik avtomobili idarəetməni itirib və yolun kənarındakı ağaca çırpılıb.

İcmal.Az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, dərhal FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq, sıxılmış vəziyyətdə qalmış sərnişini avtomobildən çıxarıblar və aidiyyəti üzrə təhvil veriblər.

İcmal.Az

RƏYLƏR