Bakı-2017: 3 güləşçimiz qızıl medal uğrunda mübarizə aparacaq

OXUNUB: 984 İDMAN

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında sərbəst güləş yarışları davam edir.

İcmal.Az Trend-ə istinadən xəbər verir ki, ağır çəkili (125 kq) idmançıların yarımfinal görüşündə Azərbaycan idmançısı Cəmaləddin Məhəmmədov iranlı Cabir Sadiqzadə ilə üz-üzə gəlib.

Gərgin keçən döyüş C.Məhəmmədovun xeyrinə başa çatıb - 7:3.

Beləliklə, bu gün 3 güləşçimiz - Hacı Əliyev (61 kq), Murtuzəli Müslümov (70 kq) və C.Məhəmmədov finalda qızıl medal uğrunda mübarizə aparacaqlar.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

İcmal.Az

RƏYLƏR