Bakı-2017: Mariya Stadnik qələbə ilə başladı

OXUNUB: 1050 İDMAN
Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında qadın güləşçilər mübarizəyə başlayıb.

İcmal.Az Trend-ə istinadən bildirir ki, 48 kq çəki dərəcəsində yarışan təmsilçimiz Mariya Stadnik 1-ci dövrədə əlcəzairli Xeyra Çaima Yahyaui ilə qarşılaşıb.

M.Stadnik rəqibi üzərində vaxtından əvvəl qələbə qazanıb - 10:0.

Qeyd edək ki, Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.
 
İcmal.Az

RƏYLƏR