Bakı Baş Gömrük İdarəsində ƏMƏLİYYAT

OXUNUB: 338 Özəl HADİSƏ

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin və Dövlət Gömrük Komitəsinin əməkdaşları birgə əməliyyat keçirib.

Aparılan əməliyyat-istintaq tədbirləri nəticəsində Bakı Baş Gömrük İdarəsinin əməkdaşları inspektorlar İlahə Əliyeva, Azər Baxşiyev və idarənin rəsmiləşdirmə şöbəsində çalışan Elçin adlı şəxs istintaqa çağrılıb. Onların ifadəsi alındıqdan sonra sərbəst buraxılıb.

Xatırladaq ki, bir neçə gün öncə Bakı Baş Gömrük İdarəsində 5 nəfər korrupsiyaya görə həbs edilmişdi.

7News.Az

RƏYLƏR