Bakı Bələdiyyə Teatrı mükafat aldı – FOTO

OXUNUB: 119 MƏDƏNİYYƏT

"Bakılı” Beynəlxalq Mədəni Cəmiyyəti tərəfindən təsis olunan "Humay” milli mükafatının təqdimetmə mərasimi keçirilib.

İcmal.Az xəbər verir ki, hər il cəmiyyətin müxtəlif sahələrində fərqlənən şəxslərə təqdim olunan "Humay” milli mükafatı 25-ci dəfə sahiblərinə verilib.

Mükafat alanlar sırasında Bakı Bələdiyyə Teatrı da olub.

Teatrın direktoru, Xalq artisti Amaliya Pənahova və 12 nəfərlik heyət Bakı Bələdiyyə Teatrının 25 illiyi münasibətilə mükafata layiq görülüb.

Gecədə teatrın aktyorları – Tural Baxış, Tural Əhməd, Zülfiyyə Qurbanova, Zülfiyyə Məmmədova, Elxan Rza, Toğrul Rza, Ülviyyə Rza, Rəşid Soltanov, Nigar Babayeva, İlqar Musayev, Hüsniyyə Mürvətova və Cövdət Şükürov iştirak edib.

 

İcmal.Az

RƏYLƏR

{if AIN::getLib('request')->isMobile() } {/if}