“Bakı Gənclər Klubu” “İgidliyi ilə ölümsüzlüyə qovuşan qəhrəmanlar” adlı layihənin icrasını həyata keçirir

OXUNUB: 26 QHT
   "Bakı Gənclər Klubu” ictimai birliyi Azərbaycan Respublikasının       Gənclər Fondunun maliyyə dəstəyi ilə 05 dekabr 2018 – 05 mart 2019-cu il tarixlərində "İgidliyi ilə ölümsüzlüyə qovuşan   qəhrəmanlar” adlı layihənin icrasını həyata keçirir. 
        Layihənin məqsədi – gənclərə I Qarabağ müharibəsi zamanı dövlətimizin ərazi bütövlüyü uğrunda gedən döyüşlər və əməliyyatlarda sücayət göstərmiş qəhrəmanlarımızı tanıtmaq, onlarda hərbi vətənpərvərlik ruhunu yüksəltmək və qəhrəman obrazını yaratmaqdır.  
      Layihənin hazırlıq mərhələsi bitdikdən sonra, ilk öncə layihəyə cəlb olunacaq təlimçinin iştirakı ilə müxtəlif  ali təhsil ocaqlarında tələbələrlə görüşlər keçiriləcək. Bununla yanaşı təlimçimiz - Bakı Dövlət Universitetinin Tarix fakültəsinin dosenti,       I Qarabağ müharibəsi iştirakçısı - Atamoğlan Məmmədli  müharibənin başlanma səbəbləri, gedişi, həyata keçirilən döyüş və əməliyyatlar, bu müharibədə igidlik göstərən döyüşçülərimiz, işğal edilmiş rayonlar və işğalların acı nəticələri, həmçinin, müharibə ilə bağlı yeni faktlar, layihə çərçivəsində keçirəcəyimiz  təlimlər vasitəsilə gənclərə çatdırılacaq. Təlimlərlə yanaşı həm döyüşçü və şəhid ailələri ilə görüşlərin keçirilməsi, həm də yeni məlumatların əldə edilməsi üçün Neftçala, Sabirabad, Salyan və Şirvan şəhərlərinə səfərlər təşkil olunacaq. 
Həyata keçirilən təlimlər və səfərlərin nəticəsi olaraq sonda müharibə veteranların və gənclərin  iştirakı ilə yekun tədbirin keçirilməsi nəzərdə tutulmuşdur. Səfərlər zamanı döyüşçülərimizdən əldə olunan məlumatlar layihə çərçivəsində çap olunan nəşrlərdə öz əksini tapacaq.
Layihə 3 ay davam edəcək.
     "Bakı Gənclər Klubu" İctimai Birliyi 29 yanvar 1994-cü ildə təsis olunmuş və həmin il Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmışdır. "BGK” İB Azərbaycan Respublikasının Gənclər Təşkilatlarının Milli Şurası (ARGTMŞ), "GUAM Dövlətləri Gənclər Təşkilatlarının Forumu" və "Azərbaycan Kiber İdman Federasiyası” nın təsisçisi və fəal üzvüdür. 

RƏYLƏR