Bakı-İstanbul aviareysində gecikmə oldu

OXUNUB: 649 SOSİAL

Azərbaycanın aşağı büdcəli aviareysi olan "Buta Airways”in Bakı-İstanbul reysi təxirə salınıb.

 "J2 9103” reysi yerli vaxtla 07:45-də həyata keçirilməli imiş.

Məlumata görə, təxminən, bir saata qədər sərnişinlər salonda qaldıqdan sonra düşürülüb və onlara 09:30-da təşkil ediləcək reyslə İstanbula uçacaqlarını bildiriblər.

"Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski "Report”a açıqlamasında bildirib ki, təyyarə texniki səbəblərdən havaya qalxa bilməyib: "Hava gəmisinin kapitanı təyyarəni texniki səbəbdən dəyişməyi qərara alıb. Təxminən, 10 dəqiqədən sonra sərnişinlərin minişi başlayacaq və 09:30 üçün təyyarənin havaya qalxması gözlənilir”.

Qeyd edək ki, "J2 9103” reysi "Embraer ERJ-190” təyyarələri ilə həyata keçirilir. Reyslər İstanbulun Sabiha Gökçen Hava Limanına həyata keçirilir./report

 

İcmal.Az

RƏYLƏR