Bakı-İstanbul sərnişin avtobusu Yevlaxda yük maşını ilə toqquşub - VİDEO

OXUNUB: 1070 HADİSƏ

Bakı-İstanbul sərnişin avtobusu Yevlax rayonunda yük maşını ilə toqquşub.

Hadisə Bakı-Qazax magistralının rayonun Səmədabad kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. 

Belə ki, Türkiyə vətəndaşı 1977-ci il təvəllüdlü Süleyman Əkinçinin idarə etdiyi sərnişin avtobusu, 1986-ci il təvəllüdlü Tariyel Məmmədovun idarə etdiyi "Shacman” markalı yük avtomobili ilə toqquşub. Nəticədə yük maşınının sürücüsü T.Məmmədov və avtobusda olan bir nəfər sərnişin yüngül xəsarət alıb. 

Faktla bağlı araşdırmalara başlanılıb./report

İcmal.Az

Video Player
 

RƏYLƏR