Bakı limanı İndoneziya şirkəti ilə anlaşma memorandumu imzalayıb

OXUNUB: 943 İQTİSADİYYAT
"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC ilə İndoneziyanın dəniz-liman əməliyyatları, investisiyalar sahəsində ixtisaslaşmış "PT Pelabuhan II” dövlət müəssisəsi arasında anlaşma memorandumu imzalanıb.

İcmal.Az-ın Report-a istinadən verdiyi məlumata görə, "PT Pelabuhan II” şirkətinin rəhbəri Elvin Qani Masassya (Elvyn G. Masassya) bildirib ki, bu sənəd iki liman arasında tərəfdaşlığın təməlini qoyub və dəniz və beynəlxalq ticarətin inkişaf etdirilməsinə kömək edəcək.

Onun sözlərinə görə, bu əməkdaşlığın məqsədi limanlar vasitəsilə Azərbaycan və İndoneziya, xüsusən də, İndoneziya və Çin arasında idxal-ixrac əməliyyatlarını gücləndirməkdir.

Qeyd edək ki, anlaşma memorandumu həmçinin iki ölkənin başqa sahələrdə də əməkdaşlığı üçün yeni imkanlar açacaq. Əməkdaşlığın ilkin mərhələsi hər iki limanın malik olduğu bilik və bacarıqların mübadiləsi ilə başlayacaq.
 
İcmal.Az

RƏYLƏR