"Bakı Metropoliteni”nin şefi qızına Bakıda 10 milyona mənzil alır, oğlu isə Londonda...

OXUNUB: 870 index-manşet İQTİSADİYYAT
"Maliyyə nazirliyinin açıqlamasına görə, pandemiyadan ziyan çəkən dövlət şirkətlərinə maliyyə dəstəyi çərçivəsində "Bakı Metropoliteni”nə 2 mln. 600 min manat ilkin maliyyə dəstəyi göstərilib. Metro işləmir, bəs pullar hara gedir?"

Bu fikirləri jurnalist Cavanşir Həsənli Bakı Metropoliteni”nin şefi,Tağı Əhmədovun atasına hər gün rəhmət oxutduran Zaur Hüseynovun oğlunun London məcaraları ilə bağlı hazırladığı yazıda qeyd edilir.
Məqalənin əhəmiyyətli olduğunu nəzərə alaraq olduğu kimi təqdim edirik:
Aşağıdakı sənədlər bu sualın cavabıdır. "Bakı Metropoliteni”nin rəisi Zaur Hüseynovun Londonda yaşayan 28 yaşlı oğlu Həbib Hüseynzadə ötən ay İngiltərədə böyük həcmdə yeni investisiya müqaviləsi imzalayıb. İyunun 29-da bununla bağlı razılaşma əldə olunub, iyulun 21-də müqavilənin tələblərinə uyğun olaraq ödəmə Britaniyanın Barclay's Bank UK PLC bankı vasitəsilə icra olunub. 41 səhifəlik müqavilənin şərtləri əsasında vəsaitin həcmi və hansı məqsədlə köçürülməsinin detalları məxfi saxlanılır.
Metropoliten rəisinin oğlu tikinti vədaşınmaz əmlak biznesi ilə məşğul olur, indiyədək Callington yaxınlığında Downgate-də böyük ərazini satın alaraq, çoxsaylı evlər tikib, satışa çıxarıb.
Zaur Hüseynov 27 fevral 2014-cü il tarixli 290 saylı Sərəncamı ilə "Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsinə təyin edilib. Oğlu Həbib Hüseynzadə PINNACLE WEST LIMITED-i 2016-cı ilin fevralında, 24 yaşında təsis edib.
P.S. Şəkildəki evlər 2017-18-ci illərdə Downgate-də inşa olunub.
 
Redaksiyadan: Qeyd edək ki,Zaur Hüseynovun 2019 -cu ilin ortalarında Bayılda Neftçi Əli küçəsində  yerləşən  Bayıl market yaxınlığında inşa edilən kv.m 5-6 min ABŞ dolları dəyərində olan binada qızı üçün 10 milyon dollar ödəyərək mənzil aldığı iddia edilir.
 
Görünür "Bakı Metropoliteni”nin şefi öz fəaliyyəti ilə Tağı Əhmədovaun atasına rəhmət oxutduracaq./Vətəninfo.az

 
7News.Az

RƏYLƏR