Bakı metrosu yay qrafikinə keçdi

OXUNUB: 698 SOSİAL

Bu gündən "Bakı Metropoliteni” QSC yay mövsümünün başlanması ilə əlaqədar qatarların hərəkət qrafikində dəyişiklik edib.

Yeni qrafikə əsasən, gur saatlarda "Həzi Aslanov” stansiyasından "28 May” stansiyasına qədər və əks istiqamətdə qatarlararası interval 2,5 dəqiqə, qalan vaxtlarda isə 3 dəqiqədir.

Qeyd edək ki, metropolitendə iki xətt olsa da, qatarlar yolun əsas hissəsini bir xətt üzrə qət edir. Buna görə də, "28 May” stansiyasından sonra hərəkət zamanı həm "İçərişəhər", həm də "Dərnəgül” stansiyaları istiqamətində interval iki dəfə artır. 

Buna uyğun olaraq, həmin sahələrdə qatarlar gur saatlarda 5, digər vaxtlarda isə 6 dəqiqə uzaqlıqda olmaqla hərəkət edir.

Gur hərəkət səhər saat 8-dən 10-a, axşam isə 6-dan 9-un yarısına qədərdir. Yalnız gecə saatlarına yaxın və qeyri-iş günləri hərəkət fərqli intervalla təşkil edilir. Yay qrafiki yeni tədris mövsümünə qədər qüvvədə olacaq.

RƏYLƏR