Bakı metrosunda özünü qatarın altına atan məcburi köçkün öldü – YENİLƏNİB

OXUNUB: 337 HADİSƏ

Bakı metrosunda özünü qatarın altına atan 1971-ci il təvəllüdlü məcburi köçkün Cəlilov Cəmil xəstəxanada dünyasını dəyişib.

Bu barədə İcmal.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

09:51

Bu gün "Bakı Metropoliteni”nin "Qara Qarayev” stansiyasında intihara cəhd hadisəsi olub.

hadisə səhər saat 09:18 radələrində baş verib.

"Həzi Aslanov”- "Dərnəgül” xətti üzrə hərəkət edən qatar "Qara Qarayev” stansiyasına daxil olmaq istəyərkən 1971-ci il təvəllüdlü Cəlilov Cəmil özünü qatarın altına atmağa cəhd edib.

O, qatarla platforma arasında qalaraq ağır xəsarət alıb.

"Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev İcmal.Az-a açıqlamasında bildirib ki, metro əməkdaşlarının sayıqlığı nəticəsində intiharın qarşısı alınıb. Ciddi xəsarət alan orta yaşlı kişi xəstəxanaya aparılıb.

Qeyd edək ki, bir neçə gün öncə 22 yaşlı gənc özünü qatarın altına ataraq intihar etmişdi.


İcmal.Az

RƏYLƏR

{if AIN::getLib('request')->isMobile() } {/if}