Bakı metrosunda qatarların hərəkətində ləngimə yaranıb

OXUNUB: 1651 ERMƏNİSTAN MARAQLI QHT SOSİAL

Bakı. 27 aprel. / Bu gün Bakı metrosunda "Dərnəgül-Həzi Aslanov" xətti üzrə qatarların hərəkətində ləngimə müşahidə edilib. Qatarların ləngiməsi "28 May" stansiyasında baş verib.

"Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev "Report"a bildirib ki, qeyd edilən xətt üzrə hərəkət edən 24 saylı qatar nasaz olub.

"Dərnəgül-Həzi Aslanov" istiqamətində hərəkət edən qatar platformada 10 dəqiqədən çox hərəkətsiz dayanıb. Qatar metronun "28 May" stansiyasında olarkən problem yaranıb. Qatarda nasazlıq olduğundan, arxadan gələn qatarların hərəktində gecikmələr olub. Lakin hazırda hərəkət bərpa edilib", - deyə N.Paşayev əlavə edib. 

RƏYLƏR