Bakı polisi Arif Məmmədovu və Elnur Nağızadəni axtarır — FOTO

OXUNUB: 920 SOSİAL
Keçmiş diplomat Arif Məmmədov və ləğv olunmuş TQDK-nın mətbuat katibi Elnur Nağızadənin axtarışı barədə Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) saytında məlumat yerləşdirilib.
İcmal.Az-ın məlumatına görə, hər iki şəxsin axtarış dosyesi BŞBPİ-nin saytında qeyd olunub.
1964-cü il təvəllüdlü Məmmədov Arif Zahid oğlu barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf etmə - külli miqdarda törədildikdə) maddəsi ilə cinayət işi açılıb.
1981-ci il təvəllüdlü Nağızadə Elnur Qəhrəman oğlu barəsində isə Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq – külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə axtarış elan edilib.

RƏYLƏR