Bakı polisi küçəyə atılmış uşağın valideynlərini axtarır – FOTO

OXUNUB: 1007 SOSİAL

Bakı polisi küçəyə atılmış beş yaşlı qızın valideynlərinin axtarışına başlayıb. 

İcmal.Az-ın xəbərinə görə, bu barədə 1news.az-a Bakı Baş Polis İdarəsi tərəfindən məlumat verilib.

Məlumata əsasən, uşaq adının Yağmur olduğunu bildirib.

Baş Polis İdarəsindən bildirilib ki, ilkin məlumatlara görə, uşaq ailə zorakılığının qurbanı olub, o, valideynləri tərəfindən döyülüb və çölə atılıb.

Polis şəkilə əsasən, qızı tanıyanlardan və onun valideynləri barəsində hər hansı bir informasiyaya malik olanlardan 102 əlaqə nömrəsi vasitəsilə DİN-ə müraciət etməyi xahiş edir.

 

İcmal.Az

RƏYLƏR