Bakı-Qazax yolunda ağır qəza — Beş tələbə ölüb - YENİLƏNİB

OXUNUB: 1044 HADİSƏ

"Hundai” markalı 90-LD-773 dövlət nömrə nişanlı minik avtomobilinin yolun kənarına aşması nəticəsində ölənlərdən birinin adı məlum olub.

İcmal.Az Report-a istinadən xəbər verir ki, həmin şəxs avtomobilin sürücüsü 1998-ci il təvəllüdlü Əmraslanlı Amraslan Müşfiq oğludur.

Digərlərinin şəxsiyyəti müəyyənləşdirilir.

Qəza nəticəsində ölənlərin meyitləri Şirvan şəhər məhkəmə tibbi-ekspertizasına aparılıb.

Onların İmişli rayon sakinləri olduğu bildirilir. Ölənlərin hamısı tələbədir.
 
------
Hacıqabul rayonu ərazisində dəhşətli yol-nəqliyyat hadisəsi baş verib.

İcmal.Az-ın APA-ya istinadən xəbərinə görə, hadisə Baklı-Qazax magistralının 112-ci kilometrliyində qeydə alınıb.  

"Hyundai" markalı, 99 LD 773 dövlət nömrə nişanlı avtomobil yoldan çıxaraq aşıb.

Hadisə nəticəsində beş nəfərin öldüyü bildirilir.
 
İcmal.Az

RƏYLƏR