Bakı qeyri-adi memarlığı olan şəhərlərin ilk BEŞLİYİNDƏ

OXUNUB: 70 SOSİAL

Bakı qeyri-adi memarlığı olan şəhərlərin beşliyinə daxil edilib.

Məşhur turizm bələdçisi "Lonely Planet" qeyri-adi memarlığı ilə seçilən şəhərlərin reytinqini hazırlayıb. Turistlərin daha çox bəyənməsinə əsasən tərtib edilən reytinq Paris, Nyu York, London kimi dünyanın əsas memarlıq mərkəzlərində olduğu üçün yeni marşrutlar axtaranlara ünvanlanıb.

TOP-10-u İspaniyanın Barselona şəhəri açır. İkinci yerdə İstanbul, üçüncü yerdə isə Roma qərarlaşıb. İlk beşlikdə Çinin Şanxay şəhəri və Azərbaycanın paytaxtı Bakı da var.

Bakıda turistlərə İçərişəhərdə orta əsrlərdən qalma küçələrdə gəzmək, Qız qalasına, eləcə də Heydər Əliyev Mərkəzinə baş çəkmək məsləhət görülür.

Növbəti beşliyə Brazilia, Oksford, Mayami, Mumbay və Çikaqo daxildir. /trend

İcmal.Az

RƏYLƏR

{if AIN::getLib('request')->isMobile() } {/if}