Bakı sakinindən külli miqdarda heroin götürülüb – FOTO

OXUNUB: 808 HADİSƏ

Bakı sakinindən xeyli miqdarda narkotik vasitə götürülüb.

DİN-in mətbuat xidmətindən İcmal.Az-a verilən məlumata görə, Qaradağ Rayon Polis İdarəsi 10-cu Polis Bölməsinə  Bakı şəhər sakini əvvəllər məhkum olunmuş Füzuli Hüseynovda narkotik vasitə olduğu barədə əməliyyat məlumatı daxil olub.

Keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxs  Lökbatan qəsəbəsi ərazisində saxlanılıb və onun üzərinə baxış zamanı 52,065 qram heroin aşkarlanıb.

Əməliyyat tədbirlərinin davamı olaraq bölmə əməkdaşları tərəfindən F.Hüseynovun yaşadığı evə baxış keçirilib və oradan əlavə olaraq 1 kiloqram 165 qram heroin götürülüb.

Saxlanılan şəxs ifadəsi zamanı külli miqdarda narkotik vasitəni Lənkəran rayonunda tanış olduğu İran İslam Respublikasının vətəndaşından 4000 manata aldığını bildirib.

Faktla bağlı 10-cu Polis Bölməsində toplanan materiallar araşdırılması üçün rayon polis idarəsinin İstintaq Şöbəsinə göndərilib, əməliyyat-axtarış tədbirləri və araşdırmalar davam etdirilir.

 

İcmal.Az

RƏYLƏR