Bakı sakinlərinə küçəyə çıxmamaqla bağlı xəbərdarlığın səbəbi bilindi - FOTO

OXUNUB: 524 Özəl GÜNDƏM SOSİAL

Koronavirusa yoluxanlarının sayında kəskin artımın olması nəzərə alınaraq,  bu gün Bakı Şəhər İcra Hakimiyyətinin strukturları tərəfindən paytaxt ərazilərdəki əsas küçə, prospekt və yollarda artıq 18-ci dəfə həyata keçirilən əlavə gücləndirilmiş dezinfeksiya işləri zamanı ümumilikdə 554 küçə dezinfeksiya olunub.

Bu barədə BŞİH məlumat yayıb.

Görülən bu işlər Bakı şəhərində sakinlərimizin həyatının təhlükəsizliyinə yönəldilən tədbirlərin bir hissəsi olaraq mütəmadi davam etdiriləcək. 

Vətəndaşlarımızdan bir daha xahiş olunur ki, koronovirusun daha çox yayılmasına imkan verməmək üçün karantin qaydalarına ciddi riayət etsinlər.

Qeyd edək ki, dünən dezinfeksiya işləri ilə əlaqədar olaraq, Bakı sakinlərinə ehtiyac olmadığı təqdirdə küçəyə çıxmamaqla bağlı xəbərdarlıq edilmişdi.

 

RƏYLƏR