Bakı Şəhər İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai Birliyi əməkdaşlığa dair memorandum imzalayıb

OXUNUB: 898 SOSİAL
Bakı Şəhər İcra Hakimiyyəti və "Regional İnkişaf” İctimai Birliyi (RİİB) əməkdaşlığa dair memorandum imzalayıb.

7News.Az xəbər verir ki, əməkdaşlığa əsasən, RİİB nümayəndələri və könüllülərinin apardıqları monitorinqlər, ictimai nəzarət tədbirləri, sorğular və müşahidələr nəticəsində əldə olunan informasiya və təkliflər barədə icra hakimiyyəti ilə məlumat mübadiləsi aparılacaq, birgə layihələr, tədbirlər və sosial aksiyalar həyata keçiriləcək.

Memorandum çərçivəsində birgə fəaliyyətin məqsədi vətəndaş müraciətləri və təkliflərinin həlli, sosial, intellektual inkişaf və digər istiqamətlərdə ölkədə aparılan işlərə, Bakı şəhərinin sosial-iqtisadi, ictimai və mədəni inkişafına töhfə verməkdir. Həmçinin gənclərin fərdi inkişafı və səmərəli məşğulluğunun təmin edilməsi, onlarda sosial məsuliyyət, vətənpərvərlik, humanizm kimi dəyərlərin möhkəmləndirilməsi ilə bağlı tədbirlər keçiriləcək.
 
 
7News.Az

RƏYLƏR