"Bakı Şopinq Festivalı turizmin inkişafı üçün çox vacibdir"

OXUNUB: 1106 MƏDƏNİYYƏT

İcmal.Az bildirir ki, Macarıstanın Mədəni və Elmi Diplomatiya üzrə dövlət naziri İştvan İygyarto www.bakushopfest.com saytına açıqlamasında Bakı Şopinq Festivalını turizmin inkişafı baxımından çox vacib layihə adlandırıb:

"Bakı Şopinq Festival kimi layihələr ölkə turizminin inkişafı baxımından çox vacibdir. Bu, eyni zamanda ölkə iqtisadiyyatının çox əhəmiyyətli və sürətlə inkişaf edən sektorudur. Ölkə mədəniyyətini təşviq etmək üçün ölkəyə turist axını cəlb etmək lazımdır. Turistlər səyahətlə yanaşı, teatr və muzeylərə, restoranlara gedir, həmçinin şopinq edirlər. Ən əsası isə öz istirahətləri üçün çoxlu pul xərcləyirlər, bundan isə sizin ölkəniz qazanır", - İygyarto belə deyib.

 

İcmal.Az


RƏYLƏR