Bakı-Sumqayıt şosesində avtomobil qəzası baş verib

OXUNUB: 776 SOSİAL HADİSƏ

Bakı-Sumqayıt şosesində avtomobil qəzası baş verib.

 Sumqayıtdan Bakıya doğru hərəkət edən 99-GJ-170 dövlət nömrə nişanlı, "Mercedes Benz" markalı avtomobil qəza törədib.

Məlumata görə, idarəetmədən çıxan nəqliyyat vasitəsi iki yolu ayıran dəmir arakəsmələrə çırpılıb, daha sonra istiqamətini dəyişərək əks tərəfdəki yanacaqdoldurma məntəqəsinin səkisinə dəyib.

Nəticədə yanacaqdoldurma məntəqəsinin işıq dirəkləri aşıb. Yol təsərrüfatına və avtomobilə ciddi ziyan dəyib.

Qəza nəticəsində xəsarət alanın olmadığı deyilir./report

 

İcmal.Az

RƏYLƏR