Bakı və Gəncə MDB-də qış səyahəti üzrə TOP-10-a daxil olub

OXUNUB: 990 MƏDƏNİYYƏT

"TurStat" analitik agentliyi rus turistlərin qış səyahəti üçün MDB-nin ən yaxşı şəhərlərinin reytinqini tərtib edib.

İcmal.Az-ınTrend-ə  istinadən məlumatına görə, reytinq bu qış mövsümündə turist səfərlərinin populyarlığının təhlili üzrə hazırlanıb. Reytinqə əsasən, Azərbaycanın Bakı və Gəncə şəhərləri dekabrın 30-dan yanvarın 8-dək Yeni il tətilində istirahət edəcək ruslar arasında MDB ölkələrində qış səfərlərinin ilk onluğuna daxil olub.

TOP-10-a daxil olan şəhərlər bunlardır: Minsk, Almatı, Bakı, Astana, Yerevan, Daşkənd, Brest, Bişkek, Kişinyov və Gəncə.

MDB-də ucuz səfərlər üzrə Bişkek, lüks istirahət üzrə isə Bakı liderdir.

İcmal.Az

RƏYLƏR