Bakı Zooparkında "dövlət sirri": təmir haqqında məlumatlar niyə gizlədilir? (FOTOLAR)

OXUNUB: 628 index-manşet HADİSƏ
Bu ilin fevral ayından Bakı Zooparkı təmirə bağlanıb.
 
Qaynarinfo-nun əməkdaşı yenidənqurma işlərinin gedişatından xəbər tutmaq, reportaj hazırlamaq üçün Zooparka yollanıb.
 
Əvvəlcə telefon vasitəsi ilə əlaqə saxlamağa cəhd göstərsək də, zənglərimizə cavab verən olmadı. Üz tutduq təmir işləri aparılan əraziyə. Lakin giriş qapısının yanında əyləşən və vəzifəsinin nə olduğunu açıqlamayan bir bəy girişin qadaqan olduğunu dedi. Ərazinin bağlı olduğunu, mətbuata açıq olmadığı və kimsənin açıqlama verməsinə, şəkil çəkməsinə icazə olmadığını qeyd etdi.
 
Heç olmasa təmir işlərinin nə zamana kimi davam edəcəyi ilə bağlı sualımıza cavab verəcəyinə ümid etdik. Lakin həmin şəxs israrla zooparka aid bütün məlumatların gizli olduğunu vurğuladı. Hətta bir sıra telekanalların da çəkiliş üçün müraciətinə rədd cavabı verildiyini bildirdi. Bir sözlə Bakı Zooparkında gedən işlər "dövlət sirri" kimi gizli saxlanılır. 

Bu qədər çək-çevirdən sonra israr etməyin mənasız olduğunu görüb, zoopark ərazisinin ətrafını saran plakatların arxasından bir neçə kadr çəkməyə çalışdıq. 

Ancaq az-çox göründüyü kimi fevraldan təmirə bağlanan zooparkda elə də ciddi iş görülməyb.
 
 
 

 

İcmal.Az

RƏYLƏR