Bakıda 10-dan çox qadın fahişəliyə cəlb edildi — Əxlaqsızlıq yuvasında ƏMƏLİYYAT

OXUNUB: 583 SOSİAL HADİSƏ
Bakıda əxlaqsız yuvası təşkil etməkdə, yüngül həyat tərzi keçirən qadınları kişi müştərilərlə görüşdürməkdə şübhəli bilinən şəxs həbs edilib.


Əməliyyat paytaxtın Nərimanov rayonunda keçirilib.


Əməliyyat zamanı Gülməmmədova Cəmilə Vidadi qızı həbs edilib.


Məlum olub ki, o, rayon ərazisində əxlaqsız yuvası təşkil edib, qadınları pul müqabilinə kişi müştərilərlə görüşdürüb və bunun nəticəsində maddi gəlir əldə edib.


Bundan başqa, o, 10-dan çox qadını fahişəliyə cəlb edib.


Cəmilə Gülməmmədova adətən maddi cəhətdən çətinlik çəkən qadınları bu yola salmağa məcbur edib.


İstintaq orqanı tərəfindən Cəmilə Gülməmmədovanın barəsində Cinayət Məcəlləsinin 243.1-ci (gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmə) və 244.2.1-ci (təkrar əxlaqsızlıq yuvaları saxlama) maddələri ilə ittiham elan edilib.



RƏYLƏR