Bakıda 10 yaşlı uşaq binanın ikinci mərtəbəsindən yerə yıxılıb

OXUNUB: 711 SOSİAL HADİSƏ

Bakıda uşaq binanın ikinci mərtəbəsindən yerə yıxılıb.

Bədbəxt hadisə Binəqədi rayonunda baş verib.

Belə ki, Biləcəri qəsəbəsində yerləşən beşmərtəbəli binanın ikinci mərtəbəsində yaşayan 2007-ci il təvəllüdlü Ələkbərova Elnurə Mübariz qızı ehtiyatsızlıqdan eyvandan yerə yıxılıb.

O, kəllə-beyin travması və bədənin müxtəlif nahiyələrinin əziyi diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Həkimlər E.Ələkbərovanın vəziyyətini orta-ağır kimi qiymətləndirir./report

 

 

İcmal.Az

RƏYLƏR