Bakıda 12 nəfər karantinə yerləşdirildi

OXUNUB: 2591 Səhiyyə

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Yaşayış yeri olmayan şəxslər üçün sosial sığınacağının karantin bölməsinə 12 nəfər qəbul olunub.

 

Nazirlikdən verilən məlumata görə, qəbul edilən şəxslər 14 gün ərzində bölmədə xüsusi geyimlə, qoruyucu vasitələrlə, qida və s. ilə təmin edilir, TƏBİB mütəxəssisləri tərəfindən mütəmadi tibbi müayinələrdən keçirilirlər. Həmçinin, hər gün azı iki dəfə müvafiq cihazlarla onların temperaturları yoxlanılır.

 

Karantin dövründə koronavirusa yoluxma aşkar edilmədikdə onlar Yaşayış yeri olmayan 18 yaşdan yuxarı şəxslər üçün sosial sığınacağa köçürülürlər.

 

Hazırda 34 nəfərin yaşadığı sosial sığınacaqda sakinlərin pandemiyadan qorunması üçün zəruri tədbirlər görülür.

 

Müəssisə dezinfeksiyaedici vasitələr, maskalar və digər qoruyucu vasitələrlə təmin olunub. Burada mütəmadi olaraq dezinfeksiya işləri aparılır, sosial təcrid rejimi tətbiq edilir. Sanitar-gigiyenik vəziyyətə ciddi nəzarət olunur, sakinlərin sağlamlıqlarının qorunması üçün bütün işlər görülür.

RƏYLƏR