Bakıda 14 yaşlı uşaq aləmi bir-birinə qatdı

OXUNUB: 1005 HADİSƏ
Bakıda terrorçuluq barədə bilə-bilə yalan məlumat verən şəxs tutulub.

İcmal.Az DİN-ə istinadən xəbər verir ki, mayın 15-də saat 12.41-də naməlum şəxs mobil telefonla Fövqəladə Hallar Nazirliyinin "112" Xidmətinə zəng edərək "Sərhədçi stadionunda bomba var, adam göndərin" deyərək telefonu söndürüb.

DİN-in "102 Zəng Mərkəzi", Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi, Xətai RPİ və Nərimanov RPİ əməkdaşlarının dərhal həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində terrorçuluq barədə bilə-bilə yalan məlumat verməkdə şübhəli bilinən Bakı şəhər sakini 14 yaşlı X.M. müəyyən edilərək saxlanılıb.
 
Faktla əlaqədar cinayət işi başlanılıb.
 
İcmal.Az

RƏYLƏR