Bakıda 18 yaşlı Nərgizi 17-ci mərtəbədən atıblar? - Gecəni həmin qızla keçirən gənc axtarılır

OXUNUB: 1389 HADİSƏ
Bakıda bu gün səhər saatlarında 17-ci mərtəbədən özünü ataraq intihar etdiyi bildirilən gənc qızla bağlı yeni nüanslar meydana çıxıb.

İcmal.Az "Sputnik”ə istinadən xəbər verir ki, müstəntiqlər hadisənin intihar olduğu barədə qənaətə gəlməyə tələsmirlər. Çünki 18 yaşlı Vəliyeva Nərgiz Rövşən qızı həmin binada yaşamırmış və hadisədən əvvəl mənzildə tək olmayıbmış. İstintaq hazırda həmin gecə gənc qızla birlikdə olan şəxsi –gənc oğlanı axtarır. İstisna deyil ki, söhbət qətldən gedir. Belə ki, qızın balkondan aşağı atıldığı versiyası istisna olunmur. Çünki qonşular mənzildə dava-dalaş və qadın ağlaması səsi eşidiblər, ardınca tappıltı səsi gəlib və alt paltarında gənc qızın aşağı atıldığı məlum olub.
 
 İcmal.Az



RƏYLƏR