Bakıda 2-ci sinif şagirdi dünyasını dəyişdi

OXUNUB: 858

Bu gün bəzi KİV-lərdə Abşeron rayonu, Xırdalan şəhər 6 nömrəli tam orta məktəbdə 2-ci sinif şagirdinin dərs zamanı öldüyünə dair xəbərlər yayılıb.

Məsələyə aydınlıq gətirmək Xırdalan şəhər 6 nömrəli tam orta məktəbin rəhbərliyi ilə əlaqə saxladıq. Məktəbin direktoru Lamiyə Həsənzadənin Publika.az-a verdiyi məlumata görə, şagird bazar günü səhər saatlarında öz evlərində dünyasını dəyişib: "2-ci sinif şagirdi İsayeva Ləman bizim məktəbdə oxuyub. Hadisədən əvvəl 2 gün şagird dərslərdə iştirak etməyib. Dərsə davamiyyətə baxdıqda görmək olur ki, uşaq 2 gündür vəziyyəti ilə əlaqədar dərsə gəlmirdi. Ləmanın anadangəlmə ürək qüsurları olub. Onun ürəyinə xüsusi aparat qoyulmuşdu. Uşaq aparat vasitəsilə yaşayırdı. Biz valideynləri ilə əlaqə saxladıq və bizə uşağın vəfat etdiyi bildirildi. Allah rəhmət eləsin. Amma yenə xatırladıram ki, KİV-lər yalan məlumatlar yayımlamasınlar. Onun anadangəlmə xəstəliyi olub və 2 gün ərzində dərsdə olmadığı da jurnalda da qeyd edilib”.

İcmal.Az

RƏYLƏR