Bakıda 2 nəfər üç aydır itkin düşüb

OXUNUB: 696 HADİSƏ

Bakı şəhərində iki nəfər itkin düşüb.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən İcmal.Az-a verilən məlumata görə, Bakı şəhərində anadan olmuş 1958-ci il təvəllüdlü Mirvahid Musəvi bu il mayın 22-də saat 20:00 radələrində yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsi ev 49, 37 saylı mənzildən çıxıb və bir daha geri qayıtmayıb. Onun əlamətləri: boyu 175 sm, arıq bədənli, gözləri qəhvəyi rəngdə, daimi eynəkdə olub, saçları ağdır. Evdən çıxarkən əynində göy pencək, qara şalvar, qara ayaqqabı olub. 

 

Bundan başqa, Kürdəmir rayonunda anadan olmuş 25 yaşlı Solmaz Asim qızı Qaçayeva bu il mayın 19-da saat 23:30 radələrində Bakı şəhərinin Nərimanov rayonunda yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb. Onun əlamətləri: boyu 162 sm, kök bədən quruluşuna malikdir, qara uzun saçlı, gözlərinin rəngi qaradır. Evdən çıxarkən əynində göy cins şalvar, qırmızı kofta, ağ idman ayaqqabısı olub. 
 
Hər iki şəxsi görənlərdən və barəsində məlumatı olanlardan DİN-in "102 Xidməti”nə, həmçinin Nərimanov Rayon Polis İdarəsinə (012) 567-02-02 nömrəli telefona zəng vuraraq xəbər vermələri xahiş olunur.    

 

 

İcmal.Az

RƏYLƏR