Bakıda 4-cü mərtəbədən yıxılan fəhlənin boynu sınıb

OXUNUB: 497 HADİSƏ

Bakıda fəhlə iş zamanı yıxılaraq ağır xəsarət alıb.

Hadisə Binəqədi rayonu, Biləcəri qəsəbəsində baş verib.

İmran Kərimov küçəsində bina tikintisi zamanı 41 yaşlı Əhmədov Yusif Habil oğlu 4-cü mərtəbədən yerə - beton örtüyünün üzərinə yıxılıb. O, boyun sümüyünün sınığı və bədənindəki digər sınıq xəsarətləri diaqnozu ilə Respublika Neyrocərrahiyyə Xəstəxanasına yerləşdirilib.

Y. Əhmədovun vəziyyəti ağır olaraq qalır. Fakt araşdırılır./report

 

İcmal.Az

RƏYLƏR