Bakıda AĞIR QƏZA: 28 yaşlı qız KOMAYA DÜŞDÜ - FOTO

OXUNUB: 926 HADİSƏ
Bakıda taksi sürücüsü qəza törədib.

Hadisə Nəsimi rayonunda qeydə alınıb.

Belə ki, Xan Şuşinski küçəsi ilə hərəkətdə olan "Hyundai Akcent” markalı avtomobilin sürücüsü, 1993-cü Rufullayev Zaur Elşən oğlu "STOP” yazılı yol nişanının tələbinə əməl etməyərək, Vaqif prospekti ilə hərəkət edən, Allahverdiyev Arifin idarə etdiyi "Opel” markalı avtomobilin qarşısına çıxıb.

Nəticədə avtomobillər toqquşub və "Hyundai” zərbədən deformasiyaya uğrayıb. Hadisə zamanı avtomobilin içində olan sərnişin, 28 yaşlı Həsənova Nigar ağır kəllə-beyin travması alıb. O, komaya düşüb.

Qəza nəticəsində sürücü özü də bədən xəsarətləri alıb. Yaralıların hər ikisi xəstəxanaya yerləşdirilib. Qeyd edək ki, "Hyundai” markalı avtomobilin sürücüsü taksi fəaliyyəti ilə məşğul olur.

Faktla bağlı əraziyə Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib. Qəzaya uğrayan iki avtomobil cərimə meydançasına aparılıb.

Fakt araşdırılır./report
 

İcmal.Az
Bakıda AĞIR QƏZA: 28 yaşlı qız KOMAYA DÜŞDÜ - FOTO

RƏYLƏR