Bakıda ana dörd uşağını sığınacağa atdı - FOTO

OXUNUB: 105 SOSİAL

Bakı şəhərinin Binəqədi rayonunda ana baxa bilmədiyini deyərək, dörd uşağını sığınacağa atıb.

 "Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova deyib.

Onun sözlərinə görə, valideynlər uzun müddətdir ki, uşaqların internata yerləşdirilməsi ilə bağlı Binəqədi rayon İcra Hakimiyyətinə müraciət ediblər:

"Ana erkən nikah qurbanıdır. Altı uşaq dünyaya gətirib. Cütlük boşanıb. Uşağın birini atası himayəsinə götürüb. Səbəb kimi onu çox istədiyini qeyd edib. Digər beş uşaq isə ananın himayəsindədir.

Uşaqları sığınacağa gətirdi və bildirdi ki, artıq onlara baxa bilmir. Sonuncu uşaq altı aylıq olduğu üçün onu götürə bilmədik.

Ana mənə bildirdi ki, uşaqların internata köçürülməsi ilə bağlı onda sərəncam var. Həmin sərəncam gətirilən zaman onlar uşaq evinə köçürüləcəklər”.

Mehriban Zeynalova qeyd edib ki, uşaqlar sığınacağa gətirilən zaman baxımsız halda olublar:

"Üçü oğlan, biri qızdır”./oxu

İcmal.Az

RƏYLƏR

{if AIN::getLib('request')->isMobile() } {/if}