Bakıda “Aristokrat” tibb mərkəzinin rəhbərinin oğlu gözətçini öldürüb - TƏFƏRRÜAT

OXUNUB: 1140 index-manşet Özəl GÜNDƏM Səhiyyə
Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Rahimli Həsən Məmməd Rəhim oğlunun cinayət işi üzrə hazırlıq iclası keçirilib.

Hakim Əli Məmmədovun sədrlik etdiyi iclasda anket məlumatları dəqiqləşdirilib. Baxış iclası iyunun 11-ə təyin edilib.

Qeyd edək ki, hadisə bu ilin yanvar ayında baş verib. Öldürülən 58 yaşlı Muraz Nəbiyev "Aristokrat” tibb mərkəzində gözətçi vəzifəsində işləyib.

Onu klinikanın sahibinin oğlu 31 yaşlı Həsən Rəhimli döyüb.

M.Nəbiyevin halı pisləşəndən sonra o, həkimə aparılıb. Həkimə isə M.Nəbiyevin "infarkt keçirdiyi” deyilib. Həkim müayinəsi zamanı gözətçinin öldüyü məlum olub.

Nərimanov rayonunun polis və prokurorluq orqanlarının əməkdaşları hadisə yerinə yollanıb, müvafiq zəruri tədbirlər həyata keçirilib.

Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində onun infarktdan deyil, həmin gün H.Rəhimli tərəfindən döyülməsi və aldığı xəsarətlərdən ölməsi müəyyən edilib.

H.Rəhimli tutularaq istintaq cəlb edilib. Ona Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham verilib./hit

RƏYLƏR