Bakıda Avropa Hərəkatı prezidentinin evi ikinci dəfə yandırıldı (VİDEO)

OXUNUB: 525 HADİSƏ
Azərbaycan Avropa Hərəkatının prezidenti Ramin Hacılının evi yenidən yanıb.

7News.Az xəbər verir ki, Ramin Hacılı bu barədə sosial mediada məlumat yayıb.

"Həmvətənlər, bu gecə evimi ikinci dəfə yandırdılar. Dəstək olmağınızı, paylaşmağınızı rica edirəm. Məsələnin sonunadək gedəcəm. Cinayət törədənləri və iki körpəni diri-diri yandıranların cəzalanmasına nail olacağıq, birlikdə", - deyə Ramin Hacılı qeyd edib.

Qeyd edək ki, Ramin Hacılın evində 2017-ci ilin mart ayında da yanğın olmuşdu. Həmin vaxt açıqlama verən Azərbaycan Avropa Hərəkatının prezidenti bildrimişdi ki, ev ərazi olaraq bahalı torpaq sahələrinin olduğu yerdə, yəni 8-ci kilometr bazarının yaxınlığında yerləşir: "Düşünürəm ki, bu, bir təxribatdır, fürsətcil adamlar bunu edib. Çünki ev köhnə olsa da, illərdir bütün hava şəraitinə rəğmən ona heç nə olmamışdı. Evi bizdən ala bilmirdilər. İcra Hakimiyyəti məsələni nəzarətə götürüb. Fövqəladə Hallar Nazirliyinə də müraciət etmişəm. Ancaq real araşdırmalar hələ ki, aparılmır”.


RƏYLƏR