Bakıda avtobus “Kamaz”la toqquşdu: Ölən və yaralananlar var - FOTO

OXUNUB: 506 HADİSƏ

Bakıda dəhşətli yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumatına görə, Bakı-Ələt magistral yolunda baş verən qəza zamanı "90-OJ-802” dövlət nömrə nişanlı "Kamaz” 149 saylı sərnişin avtobusu ilə toqquşub.

Hadisə nəticəsində avtobus yolda bir neçə dəfə dövr edərək aşıb.

Qəza zamanı 1 nəfər hadisə yerində dünyasını dəyişib, 15 nəfər isə ağır xəsarət alıb.

 

İcmal.Az

RƏYLƏR