Bakıda avtobus ruhi-əsəb xəstəsi qadını öldürdü - FOTO

OXUNUB: 750 HADİSƏ
Bakıda sərnişin avtobusu ruhi-əsəb xəstəliyindən əziyyət çəkən qadını vuraraq öldürüb.

İcmal.Az report-a istinadən bildirir ki, ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi Binəqədi rayonunda baş verib.
Belə ki, Azadlıq prospekti ilə Əlövsət Quliyev küçəsinin kəsişməsində, piyadalar üçün nəzərdə tutulmayan yerdə yolu keçən təxminən 45-50 yaşlı Bahar adlı qadını işıforun yaşıl işığında hərəkət edən 165 nömrəli sərnişin avtobusu vurub. Avtobusun sürücüsü Balagözov Vaqif Həmzə oğlunun verdiyi məlumata görə, piyada qadın qulaqcıqdan istifadə edirmiş. O, qəfildən yola çıxıb.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Sürücü Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Bakıda avtobus ruhi-əsəb xəstəsi qadını öldürdü - FOTO

Bakıda avtobus ruhi-əsəb xəstəsi qadını öldürdü - FOTO
İcmal.Az

RƏYLƏR