Bakıda avtobus sürücüsündən özbaşınalıq: Qulağında telefon avtobusu qapısı açıq sürür (VİDEO)

OXUNUB: 677 HADİSƏ

Bakıda avtobus sürücüsü qaydaları pozub sərnişinlərin həyatını təhlükəyə ataraq avtomobili idarə edib.

 

Bu barədə baku.ws-ə sərnişinlər məlumat veriblər.


Qeyd olunur ki, "Yeni avtovağzal”dan "Memar Əcəmi” metro stansiyası istiqamətində hərəkət edən 92 nömrəli avtobusun sürücüsü sükan arxasında bir əli ilə telefonla danışır, digər əli ilə də maşını idarə edir.


Bundan başqa, sakinlərin göndərdiyi videoda da görünür ki, sürücü avtobusu qapıları açıq vəziyyətdə sürür.


Məsələ ilə Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev baku.ws-ə bildirdi ki, həmin sürücünün sözügedən videosu araşdırılacaq və müvafiq cəza tədbirləri görüləcək.


"Biz hər yay mövsümü başlayanda sürücülərə xəbərdarlıq edirik ki, qapıları açıq vəziyyətdə idarə etməsinlər. Bu təhlükəlidir. Eyni zamanda sükan arxasında telefonla danışmaq həm sürücünü, həm də sərnişinləri təhlükəyə atır. Araşdırmalardan sonra bu sürücü barəsində cəza tədbirləri görüləcək”, - deyə BNA rəsmisi bildirib.

 

 

İcmal.Az


RƏYLƏR