Bakıda avtobusda beli qırılan 21 yaşlı qız... - Həkimi açıqladı

OXUNUB: 737 SOSİAL

Bakının Nərimanov rayonunda sərnişin avtobusunda baş verən qəzada xəsarət alan 1995-ci il təvəllüdlü Nərmin İlham qızı Salmanovanın vəziyyəti yaxşıdır.

Bu barədə 1 saylı Mərkəzi Klinik Xəstəxanasının Neyrotravma şöbəsinin həkimi Teyyub Alışov məlumat verib. Bildirib ki, Nərmin xəstəxanaya onurğası zədələnibmiş. Hazırda isə, O, xəstəxanadadır. Səhhəti ilə bağlı qorxulu heç nə yoxdur.

Qeyd edək ki, hadisə ötən gün 24 saylı marşrut xətti üzrə hərəkət edən avtobusda qeydə alınıb. Keşlə bazarı yaxınlığında sürücünün qəfil əyləcə basması nəticəsində 22 yaşlı sərnişin arxasıüstə yıxılıb..

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır./metbuat.az

İcmal.Az

RƏYLƏR