Bakıda avtobusda cibgir döyüldü – VİDEO

OXUNUB: 869 HADİSƏ

Cibgiri polis yox, elə zərərçəkmişin özü yaxalayıb.

İcmal.Az xezerxeber.az-a istinadən bildirir ki, sərnişinlə dolu olan avtobusda cibgir tutulub. Cibgirlik etməkdə şübhəli bilinən şəxsi zərərçəkmiş sərnişin özü tutub.

Hadisə günorta saatlarında 107 saylı avtobusda olub. Bütün olanları isə sərnişinlərdən biri mobil telefonla çəkib. Paytaxtın "Koroğlu” metro stansiyasından Buzovna qəsəbəsinə doğru hərəkət edən avtobusda ayaqüstü duran sərnişinlərdən biri, pulunun cibindən çəkildiyini hiss edib. Dərhal yaşlı kişi pulunu oğurlandığını ətrafdakılara deyib. Bu zaman o, yanında olan şəxsin pulu yerə atdığını görüb. Yaşlı kişi bundan sonra cibgiri döyməyə başlayıb. 

Həmin görüntüləri təqdim edirik:

 İcmal.Az

RƏYLƏR