Bakıda avtobusda dava - Sürücünü döyüb, paltarını cırdılar - FOTO

OXUNUB: 426 HADİSƏ
Bakıda ictimai nəqliyyatda daha bir hadisə baş verib.

İcmal.Az femida.az-a istinadən xəbər verir ki, Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsində baş verib. Qeyd olunan küçədə hərəkət edən 18 saylı marşurutun sürücüsü ilə digər minik avtomobilinin sürücüsü arasında mübahisə yaranıb. Mübahisə sonda əlbəyaxa dava ilə nəticələnib. Minik avtomobilinin sürücüləri avtobus sürücüsünü döyüblər. Sərnişinlərin müdaxiləsindən sonra hələlik şəxsiyyəti məlum olmayan şəxslər ərazidən uzaqlaşıb.

Hadisə ilə bağlı əlavə məlumat veriləcək.

Bakıda avtobusda dava - Sürücünü döyüb, paltarını cırdılar - FOTO
 

İcmal.Az

RƏYLƏR