Bakıda avtomobil iki piyadanı vurdu

OXUNUB: 18 HADİSƏ

Bakıda iki piyadavurma hadisəsi baş verib.

İcmal.Az Report-a istinadən xəbər verir ki, Bakıxanov qəsəbəsinin Yavər Əliyev küçəsində yolu keçmək istəyən Hüseynova Gülnar Dostu qızını minik avtomobili vurub. Yaralı xəstəxanaya yerləşdirilib.

Digər yol-nəqliyyat hadisəsi Yasamal rayonunda qeydə alınıb. Metronun 20 Yanvar stansiyası yaxınlığında piyadalar üçün müəyyən edilməmiş yoldan keçmək istəyən 1984-cü il təvəllüdlü Zeynalov Elməddin Rafael oğlunu minik avtomobili vurub. Yaralı xəstəxanaya yerləşdirilib.

Hər iki faktla bağlı araşdırma aparılır.

İcmal.Az

RƏYLƏR