Bakıda avtomobil işıq dirəyinə çırpıldı, sürücü qaçdı – VİDEO

OXUNUB: 822 HADİSƏ

Bakının Yasamal rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

İcmal.Az Report-a istinadən xəbər verir ki, "Statistika dairəsi" kimi tanınan ərazidə "Kia Sportage" markalı avtomobilin sürücüsü yüksək sürətlə dönmə əməliyyatı edən zaman idarəetməni itirib.

Nəticədə avtomobil yol kənarında olan işıq diyərinə çırpılıb. İşıq dirəyini aşıran avtomobilin daha sonra arxa təkər sistemi qırılıb və nəqliyyat vasitəsi yoldan çıxıb.

Qəza zamanı sürücü yüngül bədən xəsarətləri alıb. O, "Kia"nın dövlət qeydiyyat nişanını çıxararaq hadisə yerindən qaçıb. Polis əməkdaşları qəza baş verən ərazidə olublar. Hazırda avtomobilin sahibi müəyyənləşdirilir.

Faktla əlaqədar başlanılan araşdırmalar davam etdirilir.

İcmal.Az

RƏYLƏR