Bakıda avtomobil səki ilə gedən qıza çırpılıb

OXUNUB: 696 HADİSƏ

Bakının Xətai rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Paytaxtın Cavanşir küçəsində iki avtomobil – "Mercedes” və "Jiquli” toqquşub.

Zərbənin gücündən "Jiquli” səki ilə hərəkət edən 1998-ci il təvəllüdlü Mahmudlu Məryəm Mirzağa qızına dəyib. Nəticədə piyada bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib, vəziyyəti orta-ağırdır.

Fakt araşdırılır./report

 İcmal.Az


RƏYLƏR