Bakıda avtomobil Tibb Universitetinin hasarına çırpılıb – FOTO

OXUNUB: 711 HADİSƏ

Bakının Nəsimi rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Mərdanov Qardaşları küçəsi ilə hərəkətdə olan "90-TF-087” dövlət qeydiyyat nişanlı "Mercedes” markalı avtomobil yüksək sürətlə gələrək Tibb Universitetinin dəmir darvazasına çırpılıb.

Buna baxmayaraq, nəqliyyat vasitəsi hərəkəti davam etdirib. Avtomobil ön sol təkər dayağının qırılması və sürücünün qəfil əyləci basması nəticəsində manevr edərək dayanıb. Bu zaman maşında olan sərnişin, 1991-ci il təvəllüdlü Baxşəliyeva Günel Oqtay qızı maşının ön sağ şüşəsindan bayıra çıxaraq yerə düşüb.

O, xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hadisə yerinə Yol Patrul Xidmətinin əməkdaşları cəlb olunub. Sürücünün izahatı alınıb. Avtomobil cərimə meydançasına aparılıb./report

 

İcmal.Az

RƏYLƏR