Bakıda avtomobil yandı

OXUNUB: 855 HADİSƏ
Bakıda yanğın qeydə alınıb.

İcmal.Az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Suraxanı rayonunda vətəndaşa məxsus "Mercedes" markalı minik avtomobilinin mühərrik hissəsi yanıb.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 00:09-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
 
İcmal.Az

RƏYLƏR