Bakıda avtomobil yuyucusunu cərəyan vuraraq öldürdü

OXUNUB: 596 HADİSƏ

Bakıda Salyan sakinini elektrik cərəyanı vurub.

İcmal.Az "Report”a istinadən xəbər verir ki, hadisə paytaxt Bakıdakı "avtoyuma” məntəqələrindən birində baş verib.

Həmin məntəqədə işləyən 1994-cü il təvəllüdlü Xələc kənd sakini Hüseynov Araz Çingiz oğlunu ehtiyatsızlıqdan elektrik cərəyanı vuraraq öldürüb.

Mərhumun meyiti bu gün Xələcə gətirilərək kənd qəbiristanlığında torpağa tapşırılıb.

Faktla bağlı araşdırma aparılır.

İcmal.Az

RƏYLƏR