Bakıda "Baku Relax Hotel "də hamilə turistin başına oyun açdılar - BİABIRÇILIQ

OXUNUB: 1114 GÜNDƏM HADİSƏ

Bakıda "Baku Relax Hotel "də rusiyalı cütlüyün başına oyun açıblar.

Buta.media-nın məlumatına görə, bu barədə jurnalist Alyona Salayeva öz "Facebook" səhifəsində yazıb.

 

A.Salayeva qeyd edir ki, qadın turist hamilə olub.

Cütlük "Booking.com" portalında nömrə bron ediblər. Lakin hotelə gələndə portalına qoyulan fotoların nömrəyə aid olmadığını görüblər.

Narazılığını bildirən turistlərə 6 gün/5 gecənin pulunu qaytarmaqdan imtina ediblər.

"Sonradan nağd ödəniş alan hotel işçisinə zəng vurulub və o, pulu səhər qaytaracağına söz verib", - A.Salayeva yazır.

Cütlük gecəni məcburən hoteldə qalıb və digər mehmanxanada nömrə bron edib.

Lakin ikinci hoteldə nömrənin bron olmasına baxmayaraq onları qəbul edə bilməyəcəklərini bildirərək pullarını qaytarıblar.

Beləliklə, iki rusiyalı turist - hamilə qadın və onun yoldaşı çöldə qalıblar.

A.Salayeva bildirir ki, məsələyə Daxili İşlər Nazirliyinin əməkdaşları müdaxilə etdikdən sonra cütlüyü yaxınlıqdakı hotelə yerləşdiriblər.

İcmal.Az

RƏYLƏR