Bakıda banka basqın olub

OXUNUB: 556 HADİSƏ

"Turanbank”ın Bakıdakı filiallarından birinə basqın olub.

İcmal.Az-ın Report-a istinadən xəbərinə görə, hadisə bankın Nizami küçəsi-53 ünvanında yerləşən Yasamal filialında qeydə alınıb.

Məlumata görə, əlində kəsici alət olan naməlum şəxs filialın kassasına yaxınlaşaraq kassirdən hədə-qorxu ilə pul tələb edib.

Hadisə yerinin yaxınlığında olan polis əməkdaşları həmin şəxsi yaxalayıb.

Fakt üzrə araşdırmalar davam etdirilir.

İcmal.z

RƏYLƏR